Tanınmış UFC döyüşçüsü yatdığı zaman öldü

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 10:54

Braziliyalı tanınmış UFC döyüşçüsü Allan Nasimento (Allan Nascimento) 34 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə UFC məlumat yayıb.

Bildirilib ki, idmançı yatdığı zamanı ürək tutması nəticəsində həyatını itirib.

Qeyd edək ki, Nasimento peşəkar karyerasında ümumilikdə 29 döyüş keçirib, 22 görüşdə qalib gəlib. O, UFC-də isə 6 döyüş keçirib və 4-2 hesabı ilə rekord qırıb.

Gununsesi.info