Qadın Cəzaçəkmə müəssisəsində təcavüz QALMAQALI

  • By admin
  • 06 May 2019 16:02

Trabzonda qapalı cəza çəkmə təcridxanasının qadın kamerasında cinsi istismar hadisəsi baş verib.

Gununsesi.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın kamerasında baş verənləri 3 həbsxana gözətçisi ortaya çıxarıb. Həmin həbsxanada cəza çəkən bir ananın azyaşlı körpəsini müayinə etmək üçün kameraya girən icra məmuru, idarə məmuru və səhiyyə işçisi bəzi qadınları əxlaqsızlıq üstündə tutublar.

Girdikləri qadın kamerasında cinsi istismarı görən gözətçilər protokol hazırlayıb və  istintaq başlanıb.

Protokol hazırlandıqdan sonra Trabzon Respublika Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Prokurorluq tərəfindən aparılan istintaqın ardından, 4 qadın məhkum haqqında daha bir cəza tətbiq edilib.