
Abşeron rayonunda yol qəzası baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.
Xırdalandan Novxanı istiqamətinə hərəkət edən “KİA-Sorrento” markalı avtomobil Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Masazırdakı duz gölünə düşüb.
Qəzanın baş verməsinə səbəb həmin ərazidə yolun buz bağlaması olub.
Gununsesi.info










