
Keçmiş deputat Gülər Əhmədova ilə lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev arasındakı söhbətlərin əks olunduğu qalmaqallı videoda iştirak edən üçüncü şəxs də vardı – Sevinc Babayeva. Video yayılandan dərhal sonra Türkiyəyə getmiş və üç ay sonra orada həkimlərin rəyinə görə, ürək tutmasından vəfat etmişdi. Amma Sevinc Babayevanın yaxınları, o cümlədən oğlu Ayxan Məmmədov anasının ölümünə görə Gülər Əhmədovanı ittiham edirdi.
Gununsesi.info xəbər verir ki, hazırda Ayxan Məmmədov özü də həbsdədir və sabah Ali Məhkəmədə onun işinəbaxılacaq.
29 yaşlı həyat yoldaşını bıçaqlayıb. Hadisə Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30 ünvanında baş verib. Ayxan Məmmədov evin həyətində həyat yoldaşı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ayxan Məmmədov məhkəmədə ifadəsində bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Ayxan Məmmədov hökmdən apellyasiya şikayəti versə də, təmin olunmayıb. İndi də Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Gülər
Gununsesi.info












