“Qarabağ”-“Şerif” oyununun biletləri satışa çıxarıldı

  • By admin
  • 21 İyul 2017 13:22

qaravaq-şerif

Futbol üzrə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Şerif” (Moldova) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ”–“Şerif” matçı iyulun 25-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Gununsesi.info