Qardaş bacısını öldürdü

Qardaş bacısını öldürdü

qetl

Bakıda qardaş bacısının həyatına son qoyub. Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu  Faiq Yusifov küçəsi 36, mənzil 42 ünvanında qeydə alınıb. Sözü gedən ünavanda yaşayan 30 yaşlı Rübabə Çobanova qardaşı 22 yaşlı Emin Çobanov tərəfindən qətlə yetirilib. İlkin ehtimallara görə qətl qısqanclıq zəminində baş verib. Elə bu gün səhər saatlarında qardaşla bacı arasında mübahisə yaranıb. Qonşulardan aldığımız məlumata görə 22 yaşlı Emin Çobanov bacısı Rübabəyə dəfələrlə iradlarını bildirsə də bacı qadaşının sözünə qulaq asmayıb. Hadisə yerinə gələn Nərimanov rayon polis idarəsi və prokurorluq əməkdaşları mərhum Rübabə Çobanovanın üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

qet1

 qet2

COMMENTS