Qaxda sex, Cəlilabadda ev, Qobustanda avtomobil yandı

  • By admin
  • 09 İyul 2017 07:15

yanan-ev-yangin-yanqin-yangin

Qax, Qobustan və Cəlilabadda yanğın hadisələri qeydə alınıb.

 Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Qax rayonunda vətəndaşa məxsus ümumi sahəsi  105 m2 olan sexdə 7 ədəd taxta qapı və sexin giriş qapısı yanıb. Sex yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Qarazəncir kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 5 otaqlı kürsülü evin 1 otağında 20 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qobustanda isə “Opel” minik avtomobili yanıb.

Rayonun Cəngi kəndində vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Gununsesi.info