Qaxda yoldan çıxan maşın meşəyə girdi - XƏSARƏT ALAN VAR

  • By admin
  • 15 Sentyabr 2019 22:06

Bu gün axşam saatlarında Qax rayonun ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Qax – Qıpçaq avtomobil yolunda, rayonun Keşqutan kəndi ərazisində qeydə alınıb.

63 yaşlı Mircəlal Nəsrullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq meşəyə daxil olub və bir-neçə ağaca çırpılıb.

Xəsarət alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda onun muayinəsi aparılır.

Fakt araşdırılır.

 

Gununsesi.org