Azyaşlını zorlayana görünməmiş cəza   - Azərbaycan məhkəməsində daha bir qanunsuzluq

  • By admin
  • 15 Sentyabr 2019 22:21

 

 

14 yaşlı azyaşlıya qarşı seksual hərəkətlər etməyə görə azadlıqdan məhrum edilmiş Nəriman Əhmədovun cinayət işi, hazırda Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmaqdadır.

Qeyd edək ki, azyaşlı Y.Q.-a qarşı zorlama hadisəsi 2018-ci ilin noyabrından 2019-cu ilin yanvarı dövründə olub. Bakı sakini Əhmədov Nəriman Asif oğlu azyaşlının yaşından, təcrübəsizliyindən, eləcə də ona qarşı etibarından istifadə edərək qonşu ailənin 14 yaşlı qızını Bakıdakı «Ambassador» hotelinə gətirərək, ona qarşı dəfələrlə seksual hərəkətlər edib.

Maraqlıdır ki, həmin oteli Nərimanın atası Əhmədov Asif idarə edir.

İlkin istintaq və məhkəmə araşdırılması zamanı zərərçəkənlər dəfələrlə qanunsuzluqlarla üzləşiblər.

Belə ki, işin baxıldığı Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahov ciddi qanun pozuntusuna yol verərək ağır cinayətdə ittiham olunan şəxsin istintaq dövründə həbsinə deyil, ev dustaqlığına qərar verib. Yalnız məsələ ictimailəşdirildikdən, zərərçəkən tərəfin ölkə rəhbərliyinə müraciətindən və bu barədə mətbuatda məlumat yayıldıqdan sonra, qarşı tərəfin apellyasiya şikayətindən sonra Apellyasiya məhkəməsinin hakimi Faiq Qasımovun qərarı ilə həmin şəxs həbs edilib.

Bundan başqa, qeyd edildiyi kimi, Səhiyyə Nazirliynin Məhkəmə Tibbi ekspertiza xidməti direktor Ədalət Həsənovun imzası ilə seksual hərəkətin, daha dəqiqi cinsi əlaqənin olması barədə rəy verib. Amma valideynlərin və müdafiə tərəfinin təşəbbüsü ilə digər həkimlər də aparılan müayinələr bunun əksini göstərib.

Bakıda bir neçə özəl tibbi müəssisəsinə aparılan müayinələr azyaşlı ilə cinsi əlaqənin olduğunu təsdiqləyib. Amma tibbi ekspertiza səlahiyyəti olmadığına görə, bu barədə rəsmi arayış verilməyib. Ailə öz övladını xarici ölkədə – İrandakı klinikalarda da yoxladıb və ona qarşı cinsi əlaqənin olduğu təsdiqlənib.

Buna baxmayaraq, Nəsimi rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılan prosesdə məhkəmə bu rəyi deyil, Məhkəmə Tibb ekspertizasının verdiyi saxta rəy əsas götürülüb. Nəticədə Nəriman Əhmədovun cəmi 1 il müddətində azadlıqdan məhrum olunması barədə qərar verilib. İndi zərərçəkənin ailəsi bu qərardan şikayət etməklə yanaşı, saxta rəy verən həkimlərdən də prokurorluğa şikayət edərək və onların məsuliyyətə cəlb olunması barədə ərizə verib.

 

Məlumat üçün bildiririk ki, ekspertizanın saxta rəy verməsi ilə azyaşlının guya bakirə olması ilə bağlı saxta rəy verilib və həmin rəy əsasında məhkəmə Nəriman Əhmədrva daha yüngül cəza, yəni azadlıqdan  il müddətinə məhrum olunması haqqında cəza verib.

 

Nəticədə cinayətkar Nərimano Əhmədov nəinki cəzasını almayıb, hətta bu rəy əsasında cazasının tamamilə ləğvini istəyir. Halbkpi cinayət işində ona qarşı olan sübutların saxtalaşdırılması ilə bağlı saysız-hesabsız materiallar mövcuddur.

Xüsusilə qeyd edim ki, azyaşlıya qarşı seksual hərəkətəyrl verən bu şəxsin indi özünə bəraət istəməsinin əsas səbəbi Səhiyyə Nazirliyi yanında Məhkəmə Tibbi Ekspertizasının saxta rəy verməsi olub.

Halbuki, bütün həkimlər bunun saxta olduğunu qeyd edirlər. Məhkəmədə sözügedən məsələ ilə bağlı alternativ ekspertizanın keçirilməsi tələbi qoyulacaq və ümid edirik ki, Bakı Apellyasiya məhkəməsi bu məsələ ilə bağlı ədalətli qərar verəcək və şəxsin əməlinin ağırlaşdırıcı hallarını nəzərə alaraq ona layiq olduğu daha ağır cəzanə təyin edəcəkdir. Çünki belə hadisələrin baş verməsi cəmiyyətimiz və vətəndaşlarımız, azyaşlı insanlarımız üçün böyük təhlükə yaradır.

Nərimn Əhmədlovun imkanlı şəxs olması, «Ambassador» otelinin sahib olması ona hər hansı imtiyazlar verməməlidir.

 

Elmar

Gununsesi.org