Qaxda 17 yaşlı oğlan bıçaqlandı

  • By admin
  • 15 Sentyabr 2019 22:23

Qax rayonunda 17 yaşlı oğlan bıcaqlanıb.

Gununsesi.org xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, rayon sakini Məmmədzadı Rəşid Rəşad oğlu bıçaqlanma əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, R.Məmmədzadəyə sol budunun arxa nahiyəsinin 3/1 hissəsində 5 və 6 mm-lik kəsilmiş -deşilmiş yaraları diaqnozu qoyulub. Yaralıya lazımi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org