“Su-35” və “Be-200” təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib

  • By admin
  • 15 Sentyabr 2019 22:24
Rusiyanın çoxfunksiyalı “Su-35” qırıcısı və “Be-200” amfibiya təyyarəsi bazar günü İstanbul səmasında sınaq uçuşları həyata keçirib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Rusiya təyyarələri 17-22 sentyabr tarixlərində keçiriləcək “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbula gəlib. Agentliyin məlumatına görə, qırıcının pilotu 15 dəqiqə ərzində yüksək səviyyədə aerobatika qabiliyyətini nümayiş etdirib. Onun ardınca görünən “Be-200” yanğını söndürmək üçün manevrlər göstərib.
Qeyd edək ki, bir müddət əvvəl təyyarə sənayesindəki mənbələrdən biri “TASS” agentliyinə bildirib ki, Rusiya “Teknofest” festivalına Ankaranı maraqlandıran çoxfunksiyalı “Su-35” qırıcısını göndərməyi planlaşdırır. Onun sözlərinə görə, sərgidə “MS-21”, “Sukhoi Superjet 100”, “Be-200” amfibiya təyyarələrinin də iştirak edəcəyi gözlənilir.
Gununsesi.org