Qaydalar dəyişdi - Beynəlxalq Olimpiya Komitəsi

  • By admin
  • 07 Dekabr 2016 10:18

idman-5

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb.

Gununsesi.info Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

Buenos-Ayres Olimpiadasınn təşkilat komitəsinin bu təklifində karate ilə yanaşı idman rəqsləri və idman dağadırmanması növləri də var. Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

Argentinanın paytaxtında bu mötəbər idman hadisəsi 2018-ci il oktyabrın 1-12 aralığında təşkil ediləcək. Beləliklə yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiadada iştirak edəcəklər.
Anar
Gununsesi.info