Qaydaları pozan 19 sürücü cərimələndi

  • By admin
  • 05 Noyabr 2021 22:07

Gədəbəy rayonunun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, dayanma-durma qaydalarını kobud şəkildə pozan 19 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Gununsesi.info