
Qazaxıstan uran ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində daha bir addım atıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 29-da Qazaxıstan az zənginləşdirilmiş uran bankını xidmətə təqdim edəcək.
Belə ki, uran bankın əsas məqsədi Qazaxıstanda uranın satış bazarını genişləndirmək və Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv ölkələrini nüvə yanacağı ilə təmin etməkdir.
Qazaxıstanın Milli Şirkəti “Kazatomprom”dan verilən məlumata görə, uran bankı Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv ölkələrini nüvə yanacağı ilə təmin etməklə yanaşı, gizli yolla uran texnologiyasının yayılmasının da qarşısını alacaq.
Belə ki, uran bankı Qazaxıstanın Milli Təhlükəsizlik Qüvvləri tərəfindən yüksək səviyyədə mühafizə olunacaq. Bankda təhlükəsizlik nəzarəti məntəqələri və müasir idarəetmə sistemləri quraşdırılacaq.Bundan başqa az zənginləşdirilmiş uran xüsusi konteynerlərdə saxlanılacaq və radioaktiv maddənin ətraf mühitə hər hansı təsiri olmayacaq.
Xatırladaq ki, Qazaxıstanın Milli Şirkəti “Kazatomprom”1949-cu ildə yaradılıb. Ötən il isə şirkət 3,679 ton uran istehsal edib.
Anar
Gununsesi.info