Qazaxıstan vətəndaşı Bakıda qadınlara qarşı quldurluq edirmiş -HÖKM

  • By admin
  • 13 Mart 2018 12:04

Qazaxıstan vətəndaşı Alı Tağıyev Bakıda qadınlara qarşı quldurluq, soyğunçuluq əməllərinə görə cəzalandırılıb.

Gununsesi.info xəbər verir ki, martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsindəona hökm oxunub. Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, Alı Tağıyev 10 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Alı Tağıyevin vəkili çıxışı edib. Deyib ki, müdafiə etdiyi şəxsəverilən soyğunçuluq ittihamını qəbul edir, amma quldurluğu yod. Onun sözlərinəgörə, müvəkkili quldurluq etməyib.

Elə Alı Tağıyev də son sözündə soyğunçuliq etdiyini, amma özünü quldurluqda təqsirli bilmədiyini deyib.

Amma məhkəmə başqa nəticəyə gəlib və onu hər iki ittiham üzrə təqsirli hesab edib.

Alı Tağıyev Nəsimi rayonu ərazisində Bakı sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürüb və  hadisə yerindən qaçıb.

Alı Tağıyev saxlanılan gün Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını götürübmüş.

Araşdırmalar zamanı Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Gülər

Gununsesi.info