Qazi intiharlarının qarşısını necə ala bilərik? – Polkovnik çıxış yollarını göstərdi

Qazilərin intiharına biganəlik

Qazilərin davamlı intiharları ilə bağlı araşdırma aparlıb. Araşdırmanın əsas səbəbi intiharların səbəblərini öyrənərək onların qarşısını almaq üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.

Gununsesi.info-ya musahibə verən  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhidləri ictimai birliyinin sədri, 2-ci qryp Qarabağ müharibəsi əlili, Əfqanıstan müharibəsi iştirakçısı, Şəhid qardaşı, ehtiyyatda olan polkovnik Mehdi Mehdiyevdir.

– Mehdi müəllim taleh elə gətirib ki, müharibəyə aid olan bütün statuslara sahibsiniz. Sözsüz ki, bu bir ailə üçün həm çətin həm də qürurludur. Siz 2 müharibədə iştirak etmiş bir şəxs olaraq, qazilərin davamlı intiharlarının səbəbi barəsində nə deyə bilərsiniz. Sizcə bunun qarşısını necə almaq olar.

– Azərbaycan 44 günlük savaşda zəfər qazanaraq xalqın dövlətçilik naminə Ali Baş Kamandanın ətrafında sıx birləşərək dəmir yumruq kimi düşmənə vahimə yaşatdı. Döyüşlər zamanı əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirməklə yanaşı, öz hərbiçi yoldaşlarının şəhid olması və ağır yaralanmasının da şahidi oldular. Bu da insanlarda psixoloji vəziyyətlərinin pozulmasına səbəb oldu. Bütün inkişaf etmiş dövlətlərin orduları döyüşlərdə iştirak etdikdən sonra psixoloji reabilitasiya mərkəzlərində yardım alırlar. Bu yardımdan yararlanmayanlar təxris oluna bilməz. Azərbaycanla bağlı onu deyə bilərəm ki, bu cür reabilitasiya mərkəzləri yaradılsa da bu istiqamətdə yetərincə mütəxəssislərin olmaması özünü göstərir. Reabilitasiya mərkəzlərində müharbiə sindromu diaqnozunun aradan qaldırlması məsələsi lazımi səviyyədə deyil.

–Mehdi müəllim siz az öncə müharibə sindromu dediniz, bu nə deməkdir?

– Müharibə insanlar və cəmiyyət üçün mənfi hisslər yaradır. Bu səbəbdən də insanların psixi sağlamlığına təsir göstərir. Müharibədə və döyüşlərdə ölüm, yaralanma, həyat tərzində dəyişiklik, yaşadığı ərazidən uzaqlaşma və iqtisadi çətinliklər insanların gücsüz və təhlükəli vəziyyət yaşamasına səbəb olur. Müharibədə iştirak edən hərbiçilərdə müharibə sindromu və posttravmatik stress pozuntusuna səbəb olan psixoloji gərginli müşahidə olunur. Belə hallarda mütəxəssis dəstəyi vacibdir. Bu insanlara birbaşa və ya dolayı şəkildə psixo-sosial dəstək verilməlidir. Əslində bu sindroma məruz qalan insanların sosial-məişət şəraitini, güzaranını Dövlət Proqramı çərçivəsində yaxşılaşdırmadan heç bir müalicənin köməyi müsbət təsir göstərə bilməz. Bizdə  sıxıntı içində yaşayan, psixoloji pozuntuya məruz qalan insanları onların şəraitini yaxşılaşdırmadan müalicəyə cəlb edirlər. Bunun da nəticəsi qənaətbəxş olmur. Ümumiyyətlə, müharibədə sağlamlığını itirmiş insanların hamısına ən azı 5 illik əlillik dərəcəsi təyin olunmalıdır. Bu müddət ərzində sağlamlığı bərpa olunanlar məşğulluğa cəlb olunaraq müəyyən peşəyə yiyələnməli və işlə təmin olunmalıdırlar.

– Bu insanların psixoloji durumdan çıxması üçün hansı Dövlət Qurumları cavabdehlik daşıyır?

– Öncə onu demək istərdim ki, hərbi qulluqçular döyüşlərdə güc strukturlarının tərkibində iştirak edirlər. Döyüş bitdikdən sonra güc sturukturları hərbiçilərin posttravmatik vəziyyətdən çıxması üçün əməli tədbirlər həyata keçirməlidirlər. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi psixoloji travmadan müalicə etmək üçün xüsusi reabilitasiya mərkəzləri yaratmalıdırlar. Bu gün reabilitasiya mərkəzlərində bir psixoloqun fəaliyyət göstərməsi bucür vəziyyətdən çıxmaq üçün kifayət deyil. Əlavə olaraq onu da qeyd edə bilərəm ki, psixoloji pozuntuya məruz qalmış hərbiçilər Müdafiə Nazirliyinin hərbi həkim komissiyası və ƏƏSMN-nin tibbi-sosial ekspert komissiyası tərəfindən düzgün qiymətləndirilməməsi nəticəsində böyük narazılığa səbəb olur və bunun nəticəsi olaraq psixoloji pozuntu daha da artır. Bu ciddi məsələdir və aidiyyatı komissiyalar əlillik dərəcələrinin təyin edilməsində psixoloji durumun pozulmasına diqqət yetirməlidirlər.

İqtisadi cəhətdən çətinliklə rastlaşan bu kateqoriyadan olan hərbiçilər icra orqanları tərəfindən biganəliklə qarşılanırlar. Bu da cənab Prezidentin bütün tədbirlərdə məmurlara müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşma göstərişinə ziddir.

  • Son illərdə, əsasən də Vətən müharibəsi qazisi və veteranlarının sosial müdafiəsi üçün aparılan dövlət siyasətini necə qiymətləndirirsiniz? Sizcə bu istiqamətdə lazımi tədbirlər görülürmü? Bu sahədə görülən işləri daha da təkmilləşdirmək üçün nə kimi təkliflər vermək olar?

 

  • 44 günlük Zəfər savaşında iştirak eləyənlərin problemlərinin həlli istiqamətində dövlətimiz çox işlər görür, dövlət başçısı səiyyəsində çox gözəl işlər görülür, tapşırıqlar verilir. Çox təəssüflər olsun ki, yerlərdə məmurların biganəliyi, məsiliyyətsizliyi və qanunvericilikdə boşluqlar var. Qanunvericilik səviyyəsində boşluqlardan biri odur ki, Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunların hazırlanmasında  heç bir ictimai iştirakçılıq təmin olunmur. Bunun nəticəsidir ki, qanunlar insanların güzaranının yaxşılaşdırılmasını tam təmin edə bilnur. Əslində qanunlar qüvvəyə mindikdən sonra da müəyyən vaxtdan sonra ictimai rəyin fikrini öyrənərək dəyişiklik edilməsinə ehtiyac duyulur.

– Qazilərə nə tövsiyə edərdiniz?

– Qazi qalib ordunun əsgəri deməkdir. Döyüş meydanında düşmənə qalib gələrək Qazi adını qazanmış əsgər çıxış yolunu intiharda tapmalı deyil. O döyüş meydanında olduğu kimi ona qarşı biganə yanaşan məmura da adi həyatda qalib gəlməlidir. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Gununsesi.info