

Aksiya iştirakçıları qeyri-adi formada heyvanların hüquqlarını müdafiə ediblər
İspaniyanın paytaxtı Madriddə heyvanların hüquqlarını müdafiə edən insanlar qeyri-adi etiraz taktikasına əl atıblar.
Gununsesi.info “sobesednik”-ə istinadən xəbər verir ki, Madriddə insanların və turistlərin diqqətini heyvanların hüquqlarının pozulmasına cəlb etmək üçün aksiya iştirakçıları çılpaq soyunaraq bədən dərilərini qan rəngi olan qırmızı boya ilə boyayaraq mərkəzi küçədə uzanıblar. Aksiya iştirakçıları əsasən xəz dərili heyvanların ovlanması, onların dərilərindən hazırlanan xəz dəri məmulatların satışının qadağan olunmasını tələb ediblər.


Gununsesi.info