Qızlarımız 5-ci oldu

  • By admin
  • 30 İyun 2017 09:54

01

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, 3-cü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.

Belə ki, 51 kq çəkidə yarışan Tatyana Varantsova ardıcıl olaraq Macarıstan və Fransadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına uduzan Tatyana Avropa çempionatını 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, 67 kq-da mübarizə aparan Ceyla Nağızadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Ukraynadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan Ceyla həlledici görüşdə Rumıniya idmançısına uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

Anar

Gununsesi.info