Qorxuram ki, ABŞ-ın sülh prosesinə marağı itsin

  • Müəllif: Ayshan
  • 03 Dekabr 2025 08:45

İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna ilə bağlı sülh prosesinə marağını itirə biləcəyindən qorxduğunu etiraf edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Skay Nyus”un məlumatında deyilir.

Belə ki, Zelenskidən ABŞ-ın sülh prosesinə marağını itirməsindən narahat olub-olmadığı soruşulduqda, o, “Bəli, qorxuram. Müttəfiqlərimizdən biri yorulursa, qorxuram” cavabını verib.

O, əlavə edib ki, Rusiyanın məqsədi Amerikanın diqqətini bu vəziyyətdən yayındırmaqdır.

Gununsesi.info