Qoz ləpəsi yeyin və yağını için İNFARKTDAN UZAQ OLUN

  • By admin
  • 23 Avqust 2017 16:48

1306956_621a74d0dc58500f5661e40400cfc4b0_640x640

Sən demə, qoz təkcə qüvvətləndirici, qanatrıcı və qan dövranını tənzimləmək, enerji verəcək və neçə-neçə dərdə dəva olmaqla yanaşı, alimlər qoz ləpəsinin insanlarda infarkt xəstəliyi risqini azaldan qida olduğunu kəşf ediblər.

Gununsesi.info xəbər verir ki, belə bir qərara ABŞ-ın Pensilvaniya ştatının Penn State Universitetinin professoru Penny Kris Eterton araşdımaları nəticəsində gəlib.

Onun araşdırmalarının nəticəsinə əsasən,əgər bir insan həftənin 4 günü bir ovuc qoz ləpəsi yesə və ya qoz yağı içərsə, onun infarkt olma ehtimalı sıfırdır. Elmi araşdırmalar zamanı bəlli olub ki, insan bir ovuc qoz yedikdən 4 saat sonra damarlarda qan dövranı prosesi sürətlənir. Qandakı xolesterolun hərəkətliliyi prosesi baş verir ki, bu da ürək infarktının qarşısını almağa xidmət edir.

Mütəmadi qaydada qoz yeyən və ya qoz yağı içənlərdə infarkt riski çox aşağı olur.

Gununsesi.info