Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 16:26

7998cd12db653066b24465a94a152ee3

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. “Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

Gununsesi.info