“Tehran Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Məcid Xudabəxşin

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 16:35

muzeffer

“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Gununsesi.info-nun məlumatına görə, bu haqda İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin deyib. O, bildirib ki, Qarabağ məsələsində Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasəti heç vaxt dəyişməyib.

“Tehran münaqişənin beynəlxalq qanunlar çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır” – deyə,  Məcid Xudabəxşin sözlərinə əlavə edib.

Qeyd edək ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Mürtəza

Gununsesi.info