Qubada milli və dini azlıqların hüquqlarının təmin olunması müzakirə olunub

  • Müəllif: admin
  • 20 Aprel 2017 12:40

 

ombudsman

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən, İslam Həmrəyliyi İli və yəhudilərin Peysax bayramına həsr olunmuş rayon tədbiri çərçivəsindəburada yaşayan dağ yahudilərinin bir qrupu ilə görüşub.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, regional mərkəzin rəhbəri Ombudsman Elmira Süleymanovanın adından yəhudilərin azadlıq və bahar mənasını daşıyan Peysax bayramı munasibəti iləonları təbrik etmiş, xoş arzularını çatdırıb.

Qeyd edilib ki, yüzilliklər boyunca və hazırda da tolerantlıq məkanı olan Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşamış,dini və etnik icmalar arasında dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməmiş, habelə müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərirər.

Müvəkkilin çoxşaxəli fəaliyyətində insanlarin müxtəlif qruplarının, o cümlədən milli azlıqların, müxtəlif dinlərə etiqad edən şəxslərin hüquqlarının və qayğılarının daim diqqət mərkəzində saxlanıldığı nəzərə çatdırılıb.

Sonra Regional mərkəzin rəhbəri tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılmış, hüquqları izah olunub.

Gülnaz Qənbərli

Gununsesi.info