

Qurban bayaramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Naziriliyinin müvafiq qurumları gücləndirilimiş iş rejimində çalşacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar olaraq nazirlikdə tədbrilər planı hazırlanıb və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
M. Hacıyev deyib ki, Qurban bayramı günlərində Dövlət Baytarlıq Nəzartə Xidmətinin həkimləri baytar həkimlər gücləndirilmiş iş şəraitində işləyəcək və onlar bütün kəsim məntəqlərinə nəzarət edəcək.
M. Hacıyev əlavə edib ki, nazirlik bunadan əlavə olaraq Qurbanlıqların satılması, kəsimləməsi ilə bağlı əvvəlki illərdə olduğu kimi bu ildə xüsusi yerlər ayıracaq. “Bakı və Abşeronun müxtəlif yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar rahat o yerlərdən Qurbanlıqlar alıb kəssinlər. Orada həm sanitar qaydalar riayət olunacaq, həm də baytar həkimlər heyvanların sağlmalığına nəzarət edəcəklər”- deyə, M. Hacıyev bildirib.
Mürtəza
Gununsesi.info