Qusara yeni rəis təyin olundu

  • By admin
  • 05 Avqust 2016 19:06

ramil

 

Qusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.

 

Gununsesi.info