“Quska” həbs edilərək Azərbaycana gətirildi - GÜNÜN SENSASİYASI

  • By admin
  • 22 Aprel 2018 23:20
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Hazırda Hüseyn Abdullayevin şəxsi “Facebook” səhifəsi də bağlıdır.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Gununsesi.info