
“Yeni seriala çəkilirəm”.
Gununsesi.info xəbər verir ki, bu sözləri aktrisa Mələk Heydərova yeni çəkiləcəyi serial haqda metbuat.az-a danışarkən deyib.
“Yeni sezonda Xəzər TV-də yayımlanacaq olan “Ailəcanlı” serialında çəkiləcəm. Çəkilişlər Avqustun ilk həftəsindən başlayacaq. Xalq artisti Ramiz Novruzla tərəf müqabiliyik. Serialda Ramiz müəllimin ikinci həyat yoldaşını canlandıracağam”, deyə o, qeyd edib.
Gununsesi.info











