Rayon başçısı koronavirusa yoluxdu…

  • By admin
  • 22 Fevral 2020 15:54
Tehranın rayonlarından birinin rəhbəri koronavirusa yoluxub.
Gununsesiaz.info Moderator.az-a  İsrail mediasına istinadla xəbər verir ki, bu barədə  “Reuters” məlumat yayıb.
İran dövlət televiziyasının verdiyi məlumata görə, paytaxtın 13-cü dairəsinin başçısı 21 fevral- cümə günü koronavirus xəstəliyi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada aparılan  müayinə məmurun ölümcül virusa yoluxduğunu təsdiqləyib. Xəstənin vəziyyəti barədə məlumat verilmir.

Gununsesiaz.info