Asif uşaqlara şüa verən tək həkim idi

Əziz media,əziz xalq nəhayət bacardınız.

Bir doktor bu gün güllələndi. Hər ölümdə, hər ağırlaşmada həkim səhvi deyərək, həkimləri hədəf göstərməyin nəticəsidir bu. Asif doktor uşaqlara şua verən tək həkim idi. Artıq uşaqlarımıza kim şua verəcək? Heç düşünüzmü? Məncə düşünməyin belə. Zərrə düşüncəsi olan insan sağlamlığınız keşiyində duran həkimləri bu qədər hədəfə qoymazdı.

Allah Asifə şəfa versin.

Qeyd edək ki, bu gün Milli Onkologiya Mərkəzində müalicə alan xəstə həmin xəstəxananın həkimi Asif Nəsirlinin üstünə qumbara ataraq partladıb.

Toğrul Cavadov
Uzman doktor

Gununsesi.info