Rayonlarda yağış yağacaq

  • By admin
  • 26 Sentyabr 2016 12:50

hava

Bakı və Abşeron yarımadasında sentyabrın 27-dəhava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi  gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə  15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Gununsesi.info