“Real” Mbappeni pulsuz transfer etmək istəyir

  • By admin
  • 07 İyul 2020 17:04

Madridin “Real” futbol klubu PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz əldə etmək istəyir.

Gununsesi.org xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Fransalı ulduzun ispan klubuna azad agent statusunda keçməsi gözlənilir. 2022-ci ilin yayında “Real”a transfer olunacağı halda, futbolçuya imza üçün 100 milyon avro bonus veriləcək.

Xatırladaq ki, cari mövsümdə Mbappe 33 qarşılaşmada 30 qol vurub.

 

 

Gununsesi.org