Referendum bu il keçiriləcək - Siyavuş Novruzov

  • By admin
  • 21 İyul 2016 12:34

Siyavush Novruzov

 

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

S. Novruzov bildirib ki, prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır və qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq.

 

Gununsesi.info