Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli modern.az-a açıqlamasında şöbə müdiri Fizuli Tanirverdiyevlə ölçü götürüləcəyini bildirib:

“Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Məsələnin ictimailəşdiyini görən Fizuli Tanirverdiyev dərhal paylaşımlarını silib.

Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıalama veriblər.

Gununsesi.info