Respublika Klinik Xəstəxanasında koronavirusa yoluxma - TİBB MÜƏSSİSƏSİ FƏALİYYƏTİNİ DAYANDIRDI

  • By admin
  • 16 May 2020 22:41

 

Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halı baş verib.

Gununsesi.org-un məlumatına görə, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayılıb.

Bu axşam saatlarında Xəstəxana fəaliyyətini dayandırıb.

Məlumata görə, xəstəxananın bütün tibb personalından  “COVİD – 19” testi götürüləcək.  Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.

Bildirilib ki, tibb müəssisəsinin açılacağı personalın test nəticələrindən sonra bəlli olacaq.

 

Gununsesi.org