Ronaldo Lissabonda dördulduzlu otel açıb

  • By admin
  • 03 Oktyabr 2016 20:07

ro

 

Madridin “Real” futbol klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldo Lissabonda dördulduzlu otel açıb.

Gununsesi.info xəbər verir ki, bu, portuqaliyalı hücumçunun “Pestana CR7” brendi altında açdığı ikinci şəxsi mehmanxanadır.

Mərasimdə çixiş edən Ronaldo həyatın təkcə futboldan ibarət olmadığını deyib: “Əlbəttə, futbolu çox sevirəm. Ancaq gələcək haqda da düşünmək lazımdır. Mənim yeddi illik futbol karyeram Lissabonda keçib. Bu şəhərdə otel açmaq imkanını əldən verə bilməzdim”.

Portuqaliyalı ulduz bir müddət əvvəl doğulduğu Funşal şəhərində də şəxsi otel açmışdı.

 

Gununsesi.info