Ronaldonun bərbəri qətlə yetirildi

  • By admin
  • 03 Noyabr 2019 17:04

Portuqaliya millisi və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib.

Gununsesi.org xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub.

Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.

 

Gununsesi.org