Roza Əliqızından Türk Ordusuna Dəstək

  • By admin
  • 15 Fevral 2018 12:29

 

Roza Əliqızından Türk Ordusuna Dəstək
Hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızı yenidən Türk Ordusuna gedərək Afrində terroristlərə qarşı mübarizə aparan Türk Silahlı Qüvvətlərinə dəstək verib. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Roza Əliqizi Türkiye Qara Qüvvətlər Komutanlığında da olub, komutan A.Fatihlə görüşüb. R.Əliqızı görüş zamanı bildirib ki, Türkiyə Respublikasının əraziləri bölünməzdir, onu sevməyənlərin arzuları ürəyində qalacaq: “Türkiyə hər vaxt yadelli işğalçılara qarşı mübarizədə zəfər çaldiği kimi bu dəfə də terroristlərə qarşı mübarizədə yenə qalib gələcək, zəfər çalacaqdir.
Daha sonra Roza Əliqızı Səhid ailələri və Qazilər birlikləri ilə də görüşüb, şəhid ailələrinə və yaxınlarına baş sağlığı verib.

Gülnaz Qənbərli
Gununsesi.info