SOCAR işçisini 10 min AZN -CƏRİMƏ ETDİ

  • By admin
  • 15 Fevral 2018 12:26

SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəliyə Trestin keçmiş işçisi Arif Qəmbərov 10 min manat cərimə ödəməlidir.

Gununsesi.info xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayev İ.Şirəlinin iddiasını qismən təmin edib. Trest rəisi iddiasında göstərib ki, keçmiş işçisi mətbuatdakı yazılarda onu korrupsiyada, işdə qohumlarını ətrafına yığmaqda ittiham etməklə işgüzar nüfuzuna zərbə vurub, şərəf və ləyaqətini alçaldıb. İ.Şirəli keçmiş işçisindən 50 min manat tələb edirdi. Amma məhkəmə onun iddiasını qismən təmin edib və A.Qəmbərovun üzərinə 10 min manat ödəmək öhdəliyi qoyub.

30 ilə yaxın müddətdə Trestdə çalışmış və keçən ilin yayında işdən azad edilmiş A.Qəmbərov isə qərarla razılaşmır. O, hakimin məsələ ilə bağlı heç bir araşdırma aparmadığını və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

A.Qəmbərovun sonuncu iş yeri “Günəşli” yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini vəzifəsi olub.

Gülər

Gununsesi.info