Ruhani: “Suriya problemini həll edə bilərik”

  • Müəllif: admin
  • 18 Yanvar 2017 14:00

ruhani

“İran, Türkiyə və Rusiya ilə birlikdə Suriya problemini həll edə bilərik”

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda İran İslam Respublikasının prezidenti Həsən Ruhani yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında belə deyib.

H. Ruhani bildirib ki, yanvarın 23-də Suriya böhranının siyasi yolla nizamlanması üçün İran, Türkiyə və Rusiya diplomatları Astanada bir araya gələcəklər: “İranın böyük səyi nəticəsində bu görüş baş tutacaq”-, deyə o bildirib.

Onun sözlərinə görə, İran, Türkiyə və Rusiya birlikdə Hələb və Suriyada atəşkəsə nail olublarsa , deməli, bu üç ölkənin gücü ilə Suriya məsələsini həll etmək mümkündür.

Anar

Gununsesi.info