Rus hərbçilər əcnəbi jurnalisti yaralayıb

  • By admin
  • 07 Mart 2022 19:51

Rusiya hərbçiləri Nikolayev vilayətində hərbi əməliyyatları işıqlandıran İsveçrə vətəndaşlığı olan jurnalistin avtomobilini atəşə tutublar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.

“İsveçrə vətəndaşı, müstəqil jurnalist Guillaume Briquet Nikolaev vilayəti ərazisində işğalçının hərbi əməliyyatlarını işıqlandırıb. Martın 6-da Nikolayev istiqamətində hərəkətdə olarkən onun “press” yazılmış zirehli maşını rus hərbçiləri tərəfindən atəşə tutulub. Jurnalist xəsarət alıb”, – Denisova bildirib.

O, əlavə edib ki, rusiyalı işğalçılar maşını saxladıqdan sonra jurnalistin sənədlərini, pullarını, foto və video avadanlıqlarını, noutbukunu və digər qiymətli əşyalarını alıblar. Yaralı jurnalist Ukrayna polisinin nəzarət-buraxılış məntəqəsinə gedə bilib, oradan da tibb müəssisəsinə aparılıb və müalicə olunub.

 

 

Gununsesi.info