Bolqar klubunun daha 4 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 10 İyul 2020 15:33

Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda koronavirusa yoluxmuş futbolçuların sayı artmaqda davam edir. 

Gununsesi.org yerli mətbuata istinadən xəbər verir ki, bu gün daha 4 oyunçunun test nəticəsi müsbət olub.

Komandada ümumilikdə 9 futbolçu və klubun daha 3 əməkdaşında virus aşkarlanıb.

Mütəxəssislərin fikrincə, Sofiya və Plovdivdə koronavirusa yoluxan insanların sayının artması “Lokomotiv”in MOİK-i penaltilər seriyasında məğlub etdiyi Bolqarıstan Kubokunun final matçı ilə birbaşa əlaqəlidir. Matça sosial məsafəni saxlamayan və qoruyucu maska taxmayan 12 min azarkeş qatılıb.

Koronavirus hallarının artması səbəbindən iyulun 10-dan etibarən ölkədə bütün idman tədbirlərinin, o cümlədən futbol matçlarının tamaşaçısız keçirilməsinə qərar verilib və digər məhdudiyyətlər tətbiq olunub.

 

 

Gununsesi.org