
Suriyada “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının əsir aldığı iki rusiyalının videosu yayılıb.
Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, videonu telegram-dakı Directorate 4 kanalı yayıb. Bu kanal terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olur.
Mobil telefonla çəkilmiş videodakı kadrlardan görünür ki, terrorçular saqqallı rusların kimliyi ilə maraqlanır.
“Mən rusam, silahlardan xəbərim var, xəritələrlə işləyə bilirəm. Deyr əz Zorda olmamışam. İnformasiya ilə qərargahımıza gedirdik”, – əsirlərdən biri deyir.

İŞİD-in Amag agentliyinin yaydığı məlumatda bildirilir ki, bu əsirlər Rusiya vətəndaşları Roman Vasilyeviç Zabolotnı və Qriqori Surkandır.
Rostov vilayətindəki Sal rayonundan, Rassvet qəsəbəsindən olan 38 yaşlı R.Zabolotnı İŞİD-in Deyr əz Zordakı əks-hücumunda əsir düşüb.
Sabiq desantçı Q.Surkan isə “ÇVK Vaqnera” muzdlu birləşməsinin tərkibində Suriyada vuruşub.
“ÇVK Vaqnera” Rusiyanın Suriyaya yolladığı muzdlular korpusudur.
“Vaqner” ləqəbi ehtiyatda olan polkovnik-leytenant, 2013-cü ilədək Rusiya Baş Qərargahının Baş İdarəsinin 2-ci xüsusi təyinatlı briqadasının 700-cü əlahiddə dəstəsinin komandiri olmuş Dmitri Utkinə məxsusdur.

“Vaqnerin dəstəsi”nə rusiyalı iş adamı Yevgeni Priqojin maliyyə dəstəyi verir. Dəstənin Krasnodar vilayətindəki Molkino poliqonunda məşq bazası var.
R.Zabolotnı Rassvet Stanitska kazak cəmiyyətinin üzvü, reyestr kazakı, podxorunjidjir. O, əvvəllər Ukraynanın Donetsk vilayətində separatçıların silahlı dəstələrindən birinin tərkibində vuruşub.
R.Zabolotnı və Q.Surkanın artıq edam olunduqları vurğulanır.
Gununsesi.info












