Rus qızı qəbiristanlıqda zorladılar - Azərbaycanda biabırçı hadisə

  • By admin
  • 14 Sentyabr 2016 15:32

Zorlama intim

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.
Rusiya Federasiyasının Omsk vilayətindən olan qadın orada yaşayan azərbaycanlı oğlanın xahişini yerinə yetirmək üçün Cəlilabad rayonunun Günəşli kəndinə gedib. Belə ki, həmyerlimiz həmin xanıma gül verib və xahiş edib ki, Günəşli kəndinin qəbiristanlığında olan atasının qəbrinin üstünə qoysun. Rusiyalı qadın bu xahişi yerinə yetirmək üçün Cəlilabada gedib. Alar kəndinə taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.
Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı hadisəni bilib və kənddəki tanışlarına bu barədə məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Cəlilabad rayon prokurorluğu və Cəlilabad rayon polis şöbəsi faktı təsdiqləyiblər. Lakin ətraflı məlumat verilməyib.
Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib.

Gununsesi.info