Rusiya: ABŞ-a qarşı güclü silah hazırlayacağıq

  • By admin
  • 09 Dekabr 2017 17:19


Əgər ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi razılaşmasından çıxsa, Rusiya çox güclü silah hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev söyləyib.

“Rusiyanın cavab verməyə gücü var. Bizim texniki imkanlarımız qısa zaman ərzində güclü silah hazırlamağa imkan verir. Bu müqavilə dünyanı fəlakətdən qorumaqdan ötrüdür. ABŞ-ın heç bir əsası yoxdur ki, bizim “Ok”a taktiki kompleksinin əsasında hazırlanan “İsgəndər” raketlərini müqavilənin qadağan etdiyi silahlar sırasına əlavə etsin”, – deyə o bildirib.

Qeyd edək ki, tərəflər arasında bu müqavilə 1987-ci ildə imzalanıb. Müqaviləyə əsasən, tərəflər 500-5500 kilometr məsafəli yerüstü və qanadlı ballistik raketlərə sahib ola bilməzlər.’

Gununsesi.info