
ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab addımlarımız elə olmalıdır ki, ölkə iqtisadiyyatən ziyan vurmasın.
Gununsesi.info xəbər verir ki,bunu Rusiyanın baş naziri Dmitriy Medvedyev Dövlət Dumasında hökumətin 2012-2017-ci illər ərzindəki hesabatını təqdim edərkən bildirib.
“Sanksiyalara cavab tədbirlərinin görülməsinə gəldikdə, biz elə dəqiq hesablamalar aparmalıyıq ki, bu addımlar Rusiya iqtisadiyyatına ziyan vurmasın, sanksiyalara adekvat olsun”,- deyə D. Medvedyev bildirib.
Baş nazir əlavə edib ki, ABŞ-ın hərəkətlərinə ticarət institutları tərəfindən də qiymət verilməlidir: “İstisna etmirəm ki, biz də bu ticarət institutlarına müdafiə üçün müraciət edəcəyik”.
Gununsesi.info












