Rusiya koronavirusa qarşı 3 dərmanı sınaqdan keçirir

  • Müəllif: admin
  • 28 Mart 2020 15:37

Rusiya yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı üç dərmanın klinik sınaqlarına başlayıb.

Gununsesi.org xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin internet saytında məlumat yerləşdirilib.

Məlumata görə bunlar “Umifenovir”, “Remdesivir” və “Favipiravir” dərmanlarıdır. Bu dərmanların effektivliyi barədə hələlik qəti bir nəticəyə gəlməyin mümkün olmadığı da qeyd olunub.

Gununsesi.org