Rusiya Ukraynanın itkilərini açıqlayıb

  • By admin
  • 02 Aprel 2022 15:34

Konaşenkov: “Son sutka ərzində Ukraynanın 67 hərbi obyekti vurulub”

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus iki Mi-24 helikopterini və 24 pilotsuz uçuş aparatını vurub

AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Ukraynanın 67 hərbi obyektini, o cümlədən Ukrayna ordusunun hərbi texnikasının cəmləşdiyi 54 ərazini vurub.

Konaşenkov onu da bildirib ki, xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynaya məxsus 381 pilotsuz uçan aparatını və 1882 tankı məhv edib.

Gununsesi.info