Rusiyada baş verən yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb.
Gununsesi.org məlumat verir ki, APA-nın unian.net-ə istinadən verdiyi xəbərə görə, hadisə Pskov vilayətinin Pustoşkin rayonunda qeydə alınıb.
Faktı Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Yekatrina Zelenko təsdiqləyib.
O bildirib ki, fevralın 13-ü gecə saatlarında Ukrayna dövlət qeydiyyat nişanlı mikroavtobus yük avtomobili ilə toqquşub.
XİN sözçüsü qeyd edib ki, Ukraynanın Sankt-Peterburqdakı Baş konsulluğundan verilən məlumata görə, qəza nəticəsində 8 Ukrayna vətəndaşı ölüb, daha 1 nəfər isə xəsarət alıb.