
Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin bu gün Nyu-Dehlidəki xəstəxanaların birində dünyasını dəyişib.
Gununsesi.info “interfax”-a istinadən xəbər verir ki, səfir uzun müddət imiş ürək xəstəliyindən əziyyət çəkirmiş və 68 yaşında dünyasını dəyişib. Onun ürək aritmiyasından əziyyət çəkdiyi bildirilir. Səfir xəstəxanaya bir neçə gün öncə yerləşdirilib. Onun son dəfə səhhətinin pisləşməsinə virus xəstəliyi olub.
A.Kadakin 2009-cu ildən Rusiyanın Hindistandakı səfiri postunda çalışıb. 1971-ci ildən diplomatik fəaliyyətə başlayan səfirin bütün diplomatik karyerası Rusiya-Hindistan əlaqələrinin inkişafı ilə sıx bağlı olub.
Qeyd edək ki, bundan öncə 2016-cı ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürülüb. Bundan əlavə olaraq 9 yanvar 2017-ci ildə Rusiyanın Afinadakı konsulu Andrey Malanin meyidi öz mənzilində tapılıb.
Gununsesi.info












