“Rza Zərrab mənim vətəndaşımdır və dövlətin də vəzifəsi vətəndaşını qorumaqdır” - ƏRDOĞAN

  • By admin
  • 26 Aprel 2017 00:30

zarrab-erdogan

ABŞ-a səfərim zamanı Rza Zərrabla bağlı bəzi addımlar atılacaq.

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyter”ə açıqlamasında deyib.

“ABŞ-a səfər zamanı Trampla ikitərəfli əlaqələri və Suriya-İraq problemlərini də müzakirə edəcəyik. Atacağımız addımlardan biri də Rza Zərrabla bağlı olacaq. Zərrab mənim vətəndaşımdır və dövlətin də vəzifəsi hər bir vətəndaşını qorumaqdır. Onun bir günahı varsa Türkiyəyə bildirilərdi. Yoxsa bəzi şeylər uydurulmaqla insanlar həbs edilərsə, vətəndaşını qorumayan ölkə olaraq tanınarsınız”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, Rza Zərrab İran azərbaycanlısıdır. Zərrab keçən ilin martında ABŞ-da həbs edilib. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaqda günahlandırılır. ABŞ prokurorları onun 75 il həbs cəzasına məhkum edilməsini istəyirlər.

Zərrabın tutulmasından sonra dövlətə aid olan “Xalqbank”ın səhmləri 11% ucuzlaşıb. Bəzi mətbuat orqanların Zərrabın Türkiyənin hakim dairələri ilə geniş əlaqələri olduğunu və buna görə də Ankaranın onu müxtəlif vasitələrlə yenidən Türkiyəyə qaytarmaq istədiyini bildirib.

Gununsesi.info